Icma.az bildirir, Fanat portalına istinadən.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Çelsi" ilə Çempionlar Liqasındakı oyun ərəfəsində rəqibi tərifləyib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis "Qarabağ"ın da rəqiblərindən olan London nəhəngini dünyanın ən yaxşı komandalarından biri adlandırıb.
UEFA-nın mətbuat xidməti Flikin fikirlərini belə təqdim edib:
"Onların gənc komandası var. Biz keyfiyyətli futbol oynamalıyıq. Rəqiblərimizlə yarışmaq lazımdır. "Çelsi" dünyanın ən yaxşı komandalarından biridir. Fantastik inkişaf modeli, əla oyunçuları və əla məşqçi heyətləri var. Onları izləməkdən həzz alıram. Bununla belə, komandamı gücünə arxayınam və üç xalı götürməyə hazırıq".
"Çelsi" - "Barselona" matçı bu gün noyabrın 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da olacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində ötən tur "Çelsi" ilə Bakıda 2:2 hesablı bərabərə qalıb.