Flik “Qızıl top”un nəticələrinə münasibət bildirdi: “Keyn də buna layiq idi”

30.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 2026-cı ilin “Qızıl top” mükafatının nəticələrini şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keynin qalib gəlməyə layiq olduğunu bildirib.

“Harri Keyn də ‘Qızıl top’a layiq idi. Amma Lamin Yamal haqqında fikrimi artıq bilirsiniz. O, məşqlərdə böyük diqqət və konsentrasiya nümayiş etdirir. Çempionlar məhz belə reaksiya verirlər. Onun mentaliteti komandamız üçün çox faydalıdır”, - deyə Flik “Barselona”nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatını Harri Keyn qazanıb. Səsvermədə “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe ikinci, “Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamal isə üçüncü yeri tutub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью