Flik: “Sabah”a uğurlar!”

26.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Sabah"a qarşı keçirilən görüşdən sonra rəqib komandanın çıxışını yüksək qiymətləndirib.

“Yeni Sabah” xəbər verir ki, almaniyalı mütəxəssis "Sabah"ın itirəcək heç nəyi olmadığı üçün matçın onlar üçün asan keçmədiyini vurğulayıb:

"Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, "Sabah"'ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi". Elektronika məhsulları

Təmsilçimizin oyun üslubunu və baş məşqçinin işini xüsusi qeyd edən Flik Bakıdakı qələbədən məmnunluğunu ifadə edib:

"Sabah" dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edir və yaxşı iş ortaya qoyur. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada 3 xal qazanmağımıza görə çox şadam. “Sabah”a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər".

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью