Flik “Sabah”ın oyun üslubundan və Yamalın Bakıya gətirilməməsindən danışdı

24.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik “Sabah”la qarşılaşma öncəsi rəqibin oyun üslubunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib.

“Sabah” baxımlı futbol oynamağı sevən komandadır. Onların özünəməxsus oyun üslubu var. Maraqlı qarşılaşma olacaq. Bura Çempionlar Liqasıdır və bütün rəqiblərimizə hörmətlə yanaşırıq”, - deyə Flik qeyd edib.

Baş məşqçi Lamin Yamalın Bakı səfərinə qatılmamasına da münasibət bildirib:

“Əvvəllər də Yamalsız oynamışıq. Onunla bağlı hər şey qaydasındadır. İspaniyada qalmasına qərar verdik”.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью