Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqası çərçivəsində "Sabah"la oyun ərəfəsində "Barselona"nın baş məşqçisi Hansi Flik qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, almaniyalı mütəxəssis "Vilyarreal"la oyundakı geridönüşün komandaya əlavə motivasiya verdiyini qeyd edib və artıq Bakıdakı matça kökləndiklərini bildirib.
Azərbaycana uzun səfərin onları narahat etmədiyini vurğulayan Flik bunların işlərinin bir hissəsi olduğunu deyib. O, əsas məqsədlərinin həm La Liqanın, həm də Çempionlar Liqasının qalibi olmaq olduğunu və titul uğrunda mübarizədə bütün çətinliklərin öhdəsindən gəlməli olduqlarını diqqətə çatdırıb. Online alış-veriş
Daha sonra "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas da qarşıdakı tarixi matçla bağlı mövqeyini açıqlayıb. O, "Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacaqlarını və Çempionlar Liqasının dadını çıxarmağın vacib olduğunu bildirib.
Xatırlatma: "Sabah" – "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.