Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın qapıçısı Voyçex Şesni Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin ona siqaret çəkməyə necə icazə verdiyini deyib.
QOL.az xəbər verir ki, o, sport.es-ə açıqlamasında bu barədə danışıb:
"Məşqçi ilə bu yaxınlarda saunada idik və ondan siqaret çəkməklə bağlı düşündüyünü soruşdum. Cavab verdi ki, vacib olan meydanda nə etməyimdir. Dedi kiəgər super peşəkarsansa, hətta mükafatlandırma mərasimi zamanı da siqaret çəkə bilərsən".
Polşalı qolkiper 2015-ci ildə "Arsenal"da oynayarkən siqaret çəkdiyinə görə baş məşqçi Arsen Venger onu start heyətindən kənarlaşdırıb və qapıçı tezliklə "Roma"ya icarəyə göndərib.
Xatırladaq ki, Şesni 2024-cü ilin avqustunda karyerasını başa vurub. Lakin oktyabr ayında karyerasına davam edərək Kataloniya klubuna qoşulub. O, bu mövsüm 9 oyun keçirib və 17 qol buraxıb.