Flik: “Üç titul qazanmaq şansımız var”

26.04.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın üç kubok qazanmağı hədəflədiyini bildirib.

Futbolpress.az xəbər verir ki, kataloniyalılar İspaniya çempionluğunu, İspaniya kubokunu və Çempionlar Liqasını qazanmağı hədəfləyirlər. Flik mətbuat konfransında bu haqda jurnalistlərə danışıb:

“Əlimizdən gələni etməliyik. Üç titul qazanmaq şansımız var və bu, bizim məqsədimizdir. Amma mən bilirəm, hamımız bilirik, çətindi. Sabah finalda “Real”a qarşı oynayacağıq və onların əla komandası var”.

“Barselona” – “Real” matçı aprelin 27-si saat 00:00-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью