Flik ürəyi istədiyi qədər Barselona nı çalışdıra bilər Joan Laporta

03.02.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona"nın prezidenti Joan Laporta "Mundo Deportivo" qəzetinin 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə komandanın baş məşqçisi Hans-Diter Flik haqqında danışıb.

Fanat.Az xəbər verir ki, sözügedən nəşr klub funksionerinin açıqlamasını belə təqdim edib:

"Yenidən prezident olsam, Flik istədiyi müddətcə "Barselona"nı çalışdıracaq. Komandada belə təcrübə və biliyə malik birinin olması bizim üçün vacib idi. O, təkcə fenomenal məşqçi deyil, həm də mükəmməl insandır. Onunla müqavilə bağladığımız gün vacib bir şey etdiyimizi bilirdik, çünki o, əsas məşqçidir və təcrübəli oyunçularla yanaşı, çox gənc futbolçulardan ibarət komandanı necə idarə etməyi başa düşür. O, hazırkı "Barselona" üçün mükəmməl məşqçidir. Onun sayəsində hazırda çox xoş bir mərhələdən keçirik".

Kataloniya klubunda prezident seçkiləri mart ayında keçiriləcək.

"Barselona" ötən mövsüm Flikin rəhbərliyi altında İspaniya çempionu olub. Komanda bu mövsüm 22 turdan sonra 55 xalla La Liqanın lideridir. Kataloniya nəhəngi prinsipial rəqibi "Real Madrid"i 1 xal qabaqlayır. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью