Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Barselona”nın baş məşqçisi Hansi Flik Lamin Yamalın İspaniya millisinin son toplanışındakı ilk oyunda iştirak etməməsinə aydınlıq gətirib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 19 yaşlı hücumçunun meydana çıxmaması barədə qərarın milli komandanın baş məşqçisi ilə razılaşdırıldığını bildirib.
“Onun bu toplanışdakı ilk oyunda iştirak etməməsinin konkret səbəbi var idi. Hər şey milli komandanın baş məşqçisi ilə razılaşdırılmışdı. Buna görə də qərar düzgün idi və mən bundan razıyam. İkinci oyunda isə meydana çıxmağa hazır idi. Lamin Yamal məhz belə futbolçudur”, - deyə Flik vurğulayıb.
“Barselona”nın çalışdırıcısı gənc futbolçunun hazırkı çıxışından da razılığını ifadə edib:
“O, hazırda sözün hər mənasında müstəsna səviyyədə oynayır. Möhtəşəm çıxış edir və meydanda etdiklərini izləmək həqiqətən çox xoşdur. Ondan və nümayiş etdirdiyi səviyyədən çox razıyam”.