Flik Yamalla bağlı statistikadan danışdı

06.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçusu Lamin Yamalla bağlı maraqlı statistikanı şərh edib. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

17 yaşlı vinger bu mövsüm La Liqada 4 matça start heyətdə çıxmayıb. Kataloniya klubu isə həmin 4 oyunda xal itirib (3 məğlubiyyət, 1 heç-heçə). 

Komandanın baş məşqçisi Hans-Diter Flik isə bu haqda belə deyib: "Bu statistika doğrudursa, sabahkı matçı səbirsizliklə gözləyirəm". 

Qeyd edək ki, "Barselona" sabah La Liqanın 16-cı turu çərçivəsində "Betis"lə qarşılaşacaq. Kataloniya klubu turnir cədvəlinə 37 xalla liderlik edir. 2-ci yerdə 33 xalla "Real", 3-cü yerdə isə 32 xalla "Atletiko" qərarlaşıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью