Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Barselona"nın yeni mövsüm üçün kapitanları müəyyənləşib.
Sportal.az xəbər verir ki, komandanın əsas kapitanı braziliyalı vinger Rafinya seçilib. Baş məşqçi Hans Flik bununla bağlı açıqlama verib:
"Biz iki ildir buradayıq və komandanı yaxşı tanıyıram. Kapitanlardan ikisini mən seçdim, digər üçü isə komanda tərəfindən səsvermə yolu ilə seçildi. Kapitanlarımız Rafinya, Pedri, Erik, Frenki de Yonq və Lamin Yamaldır".
Qeyd edək ki, "Barselona" La Liqada 2026/27 mövsümünə yüz faizlik nəticə ilə başlayıb. Kataloniya təmsilçisi keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.
saytlarin hazirlanmasi