Flikin aqibəti məlum oldu

25.04.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Hans-Diter Flik “Barselona”nı daha uzun müddət çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi klubla yeni müqavilə imzalayacaq. “Marca” nəşrinin məlumatına görə, almaniyalı mütəxəssislə imzalancaq yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Tərəflər müqaviləni mövsümün sonunda rəsmiləşdirəcəklər.
Flik “Barselona”ya ötən ilin yayında təyin olunub. Komanda ötən müddətdə İspaniya Superkubokunun qalibi olub. 60 yaşlı məşqçinin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью