Flikin məsələsi gələn həftəyə qaldı

18.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hans-Diter Flikin məsələsinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi “Barselona” ilə yeni müqavilə imzalayacaq.
Bu barədə Kataloniya klubunun vitse-prezidenti Rafa Yuste bildirib. Onun sözlərinə görə, artıq gələn həftə sözləşmə rəsmiləşə bilər. Alman mütəxəssisin yeni müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulacaq.
2024-cü ilin iyulundan “Barselona”nı çalışdıran Flikin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.
Xatırladaq ki, komanda bu mövsüm onun rəhbərliyi altında İspaniya çempionluğunu, ölkə kubokunu və ölkə superkuboku qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью