Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu həftə klubu ilə yeni müqavilə imzalayacaq.
QOL.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
O, rəsmi imzanın çərşənbə günü reallaşacağını bildirib.
Almaniyalı məşqçinin özünün istəyi ilə yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Flikin müqaviləni daha uzun müddətə uzatmaq istəmədiyi bildirilib.
Qeyd edək ki, Kataloniya klubundakı ilk mövsümündə Flik üç kubok qazanıb.