Flora Kərimova kimdir? | Icma.az
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür.
Kulis.az onun haqqında materialı təqdim edir. Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub.
Anası Zümrüd xanım əslən şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.
*** Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib.
1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansamblında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirir.
1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üzrə tam kursu bitirərək, həkim ixtisasına yiyələnib.
1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini başa vurub.
Tam oxu
Xəbəri oxu