Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Flora Kərimova nəvəsi Lorenlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni nəvəsinin fotosunu yayımlayaraq ona olan sevgisini ifadə edib:
“Nəvəm, balamın balası, Lorenim. Yaradan sənin naxışına xoşbəxtlik, bəxtəvərlik, sevinc düzsün. Nənəsinin sevinci, öpürəm səni!”.
Qeyd edək ki, Flora Kərimovanın iki övladı var. Loren sənətçinin qızı Zümrüdün oğludur.