Flora Kərimovanın səhhəti necədir?

16.07.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.

F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.

"Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq" deyə, Zümrüd əlavə edib.

Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью