Flora Kərimovanın son vəziyyəti açıqlandı

24.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

85 yaşlı Xalq artisti Flora Kərimovanın səhhətində hazırda orta stabillik müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Oxu.Az”a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimovanın müalicəsi davam etdirilir və o, mütəmadi olaraq həkim nəzarətində saxlanılır. Toyuqlu pizza

“Flora xanım mütəmadi olaraq həkim nəzarətindədir, dərmanlarını vaxtında qəbul edir, həmçinin 10 gündən bir onun qan analizi yoxlanılır. Vəziyyəti stabildir. Hələlik təmiz hava üçün bağ evində qalırıq, dekabrda şəhərə köçəcəyik”, – deyə Yaqut İmanova bildirib.

Köməkçi qeyd edib ki, Xalq artistinin hərəkət qabiliyyətində heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu il səhhətində yaranan problemlərlə əlaqədar Flora Kərimova xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətinə götürülüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью