Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Paolo Vanoli artıq “Fiorentina”nın baş məşqçisi deyil.
"Football-plus.az" xəbər verir ki, Florensiya klubunun rəhbərliyi onunla vidalaşmaq qərarını verib. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, 53 yaşlı mütəxəssisin müddəti sona çatan müqaviləsi yenilənməyib.
“Fiorentina” ötən mövsümü A seriyasında 15-ci yerdə başa vurub. Komanda Konfrans Liqasının 1/4 finalına çıxsa da, bu mərhələdə turnirin gələcək çempionu “Kristal Pelas”a məğlub olaraq mübarizəni dayandırıb.