Florentino Peres derbidə özündən çıxdı

21.09.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real"ın prezidenti Florentino Peres Madrid derbisi zamanı yaşanan hadisə ilə bağlı narazılığını nümayiş etdirib. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, "Atletiko" ilə "Real" arasında keçirilən matç zamanı Peresin "Metropolitano" stadionunun prezident lojasında "Real"ın sabiq prezidentliyə namizədi Enrike Rikelmenin olmasına qəzəbləndiyi iddia edilib.
Cadena COPE-nin "Tiempo de Juego" proqramının aparıcısı Pako Qonsales bildirib ki, Peres Rikelmenin lojada olmasından ciddi şəkildə narazı qalıb. Onun sözlərinə görə, "Real" prezidenti hətta əsəbiləşərək oranı tərk etmək istəyib.
Qeyd olunur ki, Peres Rikelme ilə qarşılaşacağı təqdirdə prezident lojasından çıxacağını bildirib. Ətrafındakılar onu sakitləşdirib və o, matçı izləməyə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью