Florentino Peres yenidən “Real”ın prezidenti seçilib

20.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Florentino Peres İspaniyanın “Real” futbol klubunun prezidenti vəzifəsinə yenidən seçilib.

“Report”xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Funksioner seçkilərdə yeganə namizəd olub və o, bu vəzifəni 2029-cu ilədək tutacaq.

77 yaşlı Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti olub və altı il bu vəzifədə çalışıb. 2009-cu ildə alternativsiz olaraq yeni müddətə seçilib. Onun rəhbərliyi dövründə klub Çempionlar Liqasını, İspaniya çempionatını və İspaniya Superkubokunu yeddi dəfə, UEFA Superkubokunu altı dəfə, klublar üzrə dünya çempionatını beş dəfə, İspaniya Kubokunu üç dəfə və Qitələrarası Kuboku iki dəfə qazanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью