Florentino Peresin Real la bağlı 1 milyard avroluq planı

22.11.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

“Real” Florentino Peresin rəhbərliyi altında gələcək üçün planlar qurmağa davam edir.

Sportal.az xəbər verir ki, bu planların həyata keçirilməsi üçün yüksək xərclər səbəbindən əlavə maliyyələşməyə ehtiyac yaranıb.

Hazırda klub büdcəni artırmaq üçün ən uyğun variantı seçir. Rəhbərliyin masasında klubun mülkiyyət strukturunu dəyişmək təklifi də mövcuddur.

Söhbət investorların cəlb edilməsindən gedir. Bunun üçün Peres müəyyən güzəştlərə getmək məcburiyyətində qala bilər.

"Vozpópuli" nəşrinin məlumatına görə, "Louis Vuitton" qrupu, eləcə də "Sixth Street" və "Bernar Arno" “kral klubuna” 1 milyard avro yatırmağa hazırdırlar. Bu investisiya qarşılığında klubun 10% səhminin verilməsi nəzərdə tutulur.

Belə bir maliyyə gücləndirilməsi, yaxın vaxtlarda müvafiq qərar qəbul olunsa, hətta qarşıdakı qış transfer pəncərəsi üçün də çox əlverişli ola bilər.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью