Florentino Perez Arda Gülər məsələsinə nöqtə qoydu

19.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Real"ın prezidenti Florentino Perez futbolçusu Arda Gülerin gələcəyi haqqında danışıb. Sport24.az "Defensa Central"a istinadən xəbər verir ki, klub prezidenti Türkiyə millisinin üzvünün bu qış komandadan ayrılmayacağını vurğulayıb: 

"Arda qış transfer pəncərəsində getməyəcək, "Real"da qalacaq. Buna şübhəniz olmasın. Müzakirə bitdi".

Qeyd edək ki, Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. Türkiyə yığmasının üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində 12 matçda iştirak edib və cəmi 307 dəqiqə meydanda olub ki, bu da onu qane etmir. 

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью