Florentino Perezdən Arda ilə bağlı Açıqlama

19.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real”ın prezidenti Florentino Perez türkiyəli futbolçu Arda Gülər haqqında danışıb.

“Qafqazinfo” “Defensa Central”a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri gənc yarımmüdafiəçinin bu qış komandadan ayrılmayacağını bildirib:

“Arda qış transfer pəncərəsində getməyəcək, “Real”da qalacaq. Buna şübhəniz olmasın. Bəziləri onun başqa klublara keçəcəyini deyir, ancaq Madrid ona arxalanmağa davam edəcək. Müzakirə bitdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью