Florian Zenqstşmid: Çin Azərbaycan turizm əlaqələri güclənir

17.11.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən, Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti"ndə (China Visitors Summit) Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid söyləyib. O vurğulayıb ki, Çin və Azərbaycan arasında viza rejiminin ləğvi iki ölkənin turizm ölkələri təkan verib.
"Beləliklə, həm Çindən Azərbaycana, həm də Azərbaycandan Çinə səfərə gedən turistlərin sayı artmağa başlayıb. Daha dəqiq desək, Çindən Azərbaycana gələnlərin sayı son bir il ərzində 51% artıb", – o deyib.
Florian Zenqstşmid bildirib ki, hazırkı sammitdə 50-dən çox tur operatoru, səyahət agentliyi iştirak edir, Azərbaycanın yeni səyahət paketləri və proqramları ilə tanış olur:
"Onların, eyni zamanda, yerli turizm agentlikləri ilə tanışlığı üçün də şərait yaradılıb".
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью