Florida sahillərində 300 illik xəzinə tapıldı

09.10.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

ABŞ-nin Florida ştatı sahillərində aparılan sualtı araşdırmalarda 1715-ci ildə batan İspan ticarət donanmasına aid xəzinə aşkar edilib. "1715 Fleet – Queen’s Jewels LLC" adlı xilasetmə qrupu  1000-dən çox gümüş sikkə taparaq üç əsrlik sirri gün üzünə çıxarıb.

News24.az xəbər verir ki, xəzinə “Xəzinə Sahili” kimi tanınan bölgədə aşkarlanıb. Qrup yayda həmçinin 5 qızıl sikkə və bir neçə nadir zinət əşyası da tapmışdı. Yeni kəşflərlə birlikdə 1715-ci ildə fırtına nəticəsində batan gəmi qalıqlarından əldə edilən maddi-mədəni irs daha da zənginləşib.

 1715-ci ilin iyulunda Meksika, Peru və Boliviyadan qızıl-gümüş daşıyan 11 gəmi fırtına nəticəsində batmış və böyük sərvət Atlantik okeanının dibinə qərq olmuşdu.

Əməliyyat direktoru Sal Guttuso bu tapıntının yalnız maddi yox, mədəni və tarixi dəyəri olduğunu deyib:

“Hər bir sikkə İspan İmperiyasının Qızıl Dövründə yaşamış insanların hekayəsini daşıyır. Tək bir ekspedisiyada 1000 sikkə tapmaq olduqca nadir və qeyri-adi hadisədir". 

Tapılan əşyalar əvvəlcə qorunacaq, daha sonra isə yerli muzeylərdə sərgilənəcək.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью