Florida ştatında çimərlik yaxınlığında təyyarə suya düşüb

23.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 avqust, AZƏRTAC

ABŞ-ın cənub-şərqində, Florida ştatının Boka Raton şəhərindəki çimərlik yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq suya düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli polis departamenti məlumat yayıb.

Boka Raton polisindən bildirilib ki, hüquq-mühafizə orqanları kiçik təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasına kömək edirlər. Hadisə nəticəsində təyyarədə olan şəxs ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

ABŞ Federal Aviasiya Administrasiyası qəzanın başvermə səbəblərini araşdırır. Mütəxəssislər təyyarənin sudan çıxarılması istiqamətində işləri davam etdirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью