Floridada fövqəladə vəziyyət elan edildi

04.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin Florida ştatında daşqın təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, bu qərar ştatın 7 qraflığında güclü yağışlar səbəbindən verilib.

Məlumata görə, son 12 saat ərzində bölgədə rekord miqdarda yağıntı qeydə alınıb. Hakimiyyət daşqın xəbərdarlığının bütün ştata şamil edilə biləcəyini istisna etmir.

Qubernator Ron DeSantis bəzi ərazilərin artıq daşqından zərər gördüyünü bildirib.

ABŞ Milli Hava Xidməti həftə ərzində daşqınların artacağı ilə bağlı xəbərdarlıq edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью