Floridada hava limanında bomba xəbərdarlığı səbəbidən sərnişinlər təxliyə olundu

26.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Florida ştatında yerləşən "St. Pete–Clearwater" Beynəlxalq Hava Limanı bomba təhlükəsi səbəbindən müvəqqəti olaraq bağlanıb.

APA "Fox News"a istinadən yaydığı məlumata görə, "Allegiant Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba ilə bağlı xəbərdarlıq daxil olub. Hadisə zamanı təyyarədə olan bütün sərnişinlər təxliyə edilib.

İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью