Floridaya GİZLİ SƏFƏR: Tramp “Avropadakı əsas müttəfiqi” ilə görüşdü

05.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

İtaliyanın Baş naziri Giorgia Meloni danışıqlar aparmaq üçün gizli şəkildə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) iqamətgahına gəlib.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla "The New York Times" (NYT) məlumat yayıb.

“Görüş, Meloni tərəfdarlarının mühafizəkar italiyan baş nazirin Trampın Avropadakı əsas müttəfiqinə çevriləcəyinə dair ümidlərini gücləndirir”, - nəşr yazır.

Qeyd edilib ki, görüşün gündəliyi qeyri-müəyyən olub, lakin müşahidəçilər Meloninin Trampla Respublikaçıların Avropa ölkələri ilə fikir ayrılıqlarını yumşaltmasını müzakirə edəcəyini gözləyirdilər.

Bildirilib ki, İtaliya baş nazirinin Trampla görüşü Amerika administrasiyasının hazırkı rəhbəri Co Baydenin yanvarın 9-12-nə planlaşdırılan səfərindən cəmi bir neçə gün əvvəl baş tutub.

NYT-nin məlumatına görə, İtaliyada Baydenin Meloni, həmçinin Papa Fransisk ilə görüşü planlaşdırılır.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью