Flydubai aviaşirkətinin pilotu həbs EDİLDİ

30.09.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Flydubai" aviaşirkətinə məxsus təyyarədə ikinci pilotun digər pilota bıçaqla hücum etməsi və hava gəmisini fəlakətə sürəkləmək cəhdi faciə ilə nəticələnməkdən son anda xilas edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da səhər saatlarında baş verib.

Məlumata görə, uçuş zamanı ikinci pilot qəfil həmkarına bıçaqla hücum çəkərək ona xəsarət yetirib və təyyarəni qaçıraraq yerə çırpmağa cəhd edib. Lakin salonda olan sərnişinlər və mülki geyimdə səyahət edən digər iki "Flydubai" əməkdaşı dərhal müdaxilə edərək hücum edən şəxsi zərərsizləşdiriblər. İdarəetmə bərpa edildikdən sonra təyyarə Səudiyyə Ərəbistanı ərazisində təhlükəsiz eniş edib.  

Hücum edən pilot Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, həmkarlarını yaralayan və qəza törətmək istəyən şəxs hazırda yerli hakimiyyət orqanları tərəfindən dindirilir.  

Aviaşirkət pilotlar arasında yarana biləcək münaqişənin və bu dəhşətli addımın real səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.  

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью