“Flydubai” hadisə ilə bağlı ittihamlara belə cavab verdi

04.10.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, “Flydubai” reysi ilə bağlı insident İranı və ya regiondakı digər ölkələri günahlandırmaq məqsədilə “bacarıqsız şəkildə təşkil edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mehr” xəbər agentliyi məlumat yayıb.

Nüvə obyektlərinin yoxlanılması ilə bağlı jurnalistin sualını cavablandırarkən Baqai deyib:

“İranı sübuta yetirilməsi mümkün olmayan məsələlərdə saxta dəlillər əsasında ittiham edirlər. Məsələn, “Flydubai” reysi ilə bağlı vəziyyətə nəzər sala. Düşünürəm ki, hətta məktəbəqədər yaşlı uşaqlar belə, təhlükəsizlik hissi yaratmaq və günahı İranın və ya digər tərəflərin üzərinə yıxmaq üçün bu işin nə qədər bacarıqsız şəkildə səhnələşdirildiyini görə bilərdilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью