“Flydubai” İsrailə uçuşları dayandırdı Təyyarədəki insident araşdırılır

02.10.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Flydubai” aviaşirkəti təyyarəsində pilotun yaralanması ilə nəticələnən insidentdən sonra İsrailə və İsraildən həyata keçirilən uçuşları dayandırıb.

Redaktor.az xarici mediaya istinadla bildirir ki, Aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, uçuşlar sentyabrın 30-da FZ 1073 reysində baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşana qədər dayandırılıb.

Şirkət bildirib ki, qərar aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq qəbul edilib. “Flydubai” hadisənin araşdırılması ilə bağlı dövlət orqanları, tənzimləyici qurumlar və hava limanlarının nümayəndələri ilə əməkdaşlıq etdiyini açıqlayıb.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью