“Flydubai” pilotu üçün 150 min dollar toplandı

05.10.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Flydubai” təyyarəsində həmkarının hücumuna məruz qalan pilot Smit Maççhar üçün toplanan ianənin məbləği 150 min dollara çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “GoFundMe” portalındakı kraudfandinq kampaniyasının kartında əks olunub. 

Bu ianə toplama kampaniyası hadisədən qısa müddət sonra İsrailin “Jewish Breaking News” nəşri tərəfindən təşkil edilib. Təsvirdə toplanan vəsaitlərin Maççharın özünün və ailəsinin dəstəklənməsinə yönəldiləcəyi qeyd edilib. 

“Siz bizim həyatımızı qorumaq üçün öz həyatınızı riskə atdınız. Biz sizi unutmayacağıq!”,  - təşkilatçıların müraciətində deyilir.

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan “Flydubai” laynerində ikinci pilot balta ilə birinci pilota hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью