FNC BOKT da 15 faizlə borc alır

29.01.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin 4 milyon 750 min manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FNC BOKT" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001024242

İstiqrazın növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 950 (ədəd)

İlkin ticarət qiyməti: 5000 manat

İstiqrazların buraxılış həcmi: 4 750 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: 05.02.2026

Anderrayter:  “CPM-İnvest İnvestisiya Şirkəti” ASC

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью