Icma.az, Apa.az saytına istinadən bildirir. Bu gün səhər Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
APA xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun məlumat verib.
“Dünən axşamdan geomaqnit sahəsi bir qədər pozulmuş vəziyyətdədir” - Leus teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Yerin maqnitosferində pozulma səviyyəsi beş vahidə çatıb, bu da G1 sinfinin zəif maqnit qasırğasının başlanğıcını göstərir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.