Foden gedəcək, yoxsa qalacaq?

26.09.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Filip Foden ilə bağlı qeyri-müəyyənlik tezliklə aradan qalxacaq.

“Mançester Siti” rəhbərliyi əsas oyunçularından biri ilə yeni müqavilə imzalamağa hazırlaşır. 24 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Buna baxmayaraq, klub rəhbərliyi ən dəyərli oyunçularından birini daha uzun müddət komandada saxlamaq üçün müqaviləni erkən yeniləmək qərarına gəlib.
Foden İngiltərə premyer-liqasının cari mövsümündə 3 oyun keçirib, 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью