Fofana Fransaya qayıtdı

01.01.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əl-Nəsr”in futbolçusu Seko Fofana komandanı tərk edib.

Apasport.az xəbər verir ki, o, karyerasını Liqa1-də davam etdirəcək.

Yarımmüdafiəçi “Renn”ə keçib. Fransa klubu 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. 

Fil Dişi Sahilindən olan Fofana 2023-cü ildə “Lans”dan “Əl-Nəsr”ə keçmişdi.

Qeyd edək ki, Fofana Asiya klubunda 19 oyunda 2 qol və 1 assistə imza atıb.

Serdal Adalı: "İlk namizədimiz Sergen Yalçındır" "Beşiktaş" rəhbərliyindən istefa Qəza keçirən futbolçu evə buraxıldı Ronaldo “Əl Nəsr”dən ayrıla bilər - Səbəb Sabiq "Borussiya"lı karyerasını başa vurub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью