Fofana “Qalatasaray”ın hədəfində

27.04.2026

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Qalatasaray”la bağlı yeni iddia ortaya atılıb.

"Tuttosport" nəşri xəbər verir ki, İstanbul təmsilçisi Yussuf Fofananı heyətinə qatmaq istəyir. Hazırda "Milan" formasını geyinən fransız yarımmüdafiəçinin transferində "Lion" və "Marsel" klublarının da maraqlı olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, ötən qış transfer pəncərəsində də Türkiyədən bir neçə klub 27 yaşlı futbolçu ilə maraqlanmışdı. “Milan” rəhbərliyi isə Fofananın transferi üçün təxminən 30 milyon avro tələb edir.

Fransalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 32 oyuna çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью