Fofana Səudiyyə Ərəbistanı futbolunun tarixinə düşdü

02.01.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Renn" "Əl Nəsr"in futbolçusu Seko Fofananın transferini açıqlayıb. Sport24.az xəbər verir ki, Fransa klubu bunun üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək. 29 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. 

Fofana Səudiyyə Ərəbistan liqasının tarixində xaricə satılan və ən yüksək transfer qiyməti olan futbolçu olub.

Qeyd edək ki, Seko Fofana bu mövsüm "Əl-Nəsr"in heyətində 15 oyuna çıxıb. O, karyerası ərzində "Fulhem", "Lans" və "Udineze" kimi komandalarda çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью