Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniya hökuməti Argentina Prezidenti Xavyer Mileyin Folklend adalarına dair iddialarına cavab verib. Yerli medianın yazdığına görə, Xarici işlər naziri Ed Miliband vurğulayıb ki, Londonun Folklend adaları ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: “Bu adalar Britaniyaya məxsusdur və daim belə qalacaq. Çünki bu, adaların sakinlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənən mövqedir. Öz müqəddəratını təyinetmə hüququ müstəsna əhəmiyyət kəsb edir, beynəlxalq hüquqa əsaslanır və biz onu qətiyyətlə müdafiə edəcəyik”.
XQ