Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Hamiləliyin baş tutması üçün qadının yumurtalıqlarında ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması) prosesi baş verməlidir.
Hər menstrual dövrdə adətən 1 dominant follikul yetişir (nadir hallarda 2, 3) və ovulyasiya olunur.
Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil. Bəzi qadınlar düşünür ki, ovulyasiya menstrual dövrünün 14-cü günü baş verir.
Bu səhv fikirdir. Menstrual dövrünün uzunluğundan asılı olaraq ovulyasiya dövrün 12-ci günündə (26 günlük menstrual dövrdə), 16-cı günündə (
baş verə bilər. Lakin bu da dəqiq tarix deyil. Hətta menstrual dövrü müntəzəm olan qadınlarda (menstruasiyalar hər dəfə müəyən müddətdən son
Sağlam və sonsuzluq problemi olmayan qadınlar bir çox hallarda ovulyasiya haqqında düşünmür.
Lakin sonsuzluqdan əziyyət çəkən qadınlar üçün ovulyasiya gününün dəqiq təyin edilməsi çox vacib bir məsələdir.