Folorunşo Napolidən ayrılır, İtaliyadan yox

08.01.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Napoli"nin yarımmüdafiəçisi Maykl Folorunşo qış "transfer pəncərəsi"ndə klubunu dəyişəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb. 

Mənbənin məlumatına görə, İtaliya millisinin nigeriyalı əsilli yarımmüdafiəçisi "Fiorentina"ya keçəcək. O, florensiyalıların heyətində icarə əsasında çıxış edəcək. 

Müqavilədə oyunçunun hansı məbləğə birdəfəlik alına biləcəyi də göstəriləcək. Söhbət 8 milyon avrodan gedir. 

Qeyd edək ki, neapollular yayda yarımmüdafiəçi ilə müqaviləni uzadıb. 

Folorunşo bu mövsüm A Seriyasında cəmi 6 Napoli matçında iştirak edib, cəmi 31 dəqiqə meydanda keçirdi, lakin qol vurmadı. Maykl ötən mövsümü icarə əsasında “Verona”da keçirib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью