Fomula 1 ə görə 5 məktəbdə tədris onlayn təşkil edilir

22.09.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Qeyd edilib ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant təşkil ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью