Fon der Leyen: Aİ Rusiyaya qarşı əhəmiyyətli dərəcədə sərt sanksiyalar planlaşdırır

02.10.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyasətinə yanaşmasını dəyişir - tədricən məhdudiyyətlərdən daha radikal tədbirlərə keçir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitinin yekunlarına dair açıqlama verib.

“Rusiyaya təzyiqləri daha da artırmağın vaxtı çatıb. Biz artıq tədricən sanksiyalar deyil, enerji, maliyyə xidmətləri və ticarət sahələrində əhəmiyyətli dərəcədə sərt tədbirlər təklif edirik. Bütün bunlar artıq müzakirə olunan 19-cu sanksiya paketinə daxildir”, - deyə o vurğulayıb.

Fon der Leyenin sözlərinə görə, paket ABŞ ilə razılaşdırılaraq hazırlanıb. Yaxın vaxtlarda onun qəbulu planlaşdırılır. Əsas məqamlara aşağıdakılar daxildir:

Rusiya neftinin qiymət tavanının bir barel üçün 47,6 dollara endirilməsi;Dünya ödəniş sisteminin işini məhdudlaşdırmaq;Bəzi filizlərin, metalların, kimyəvi maddələrin və duzların ixracına qadağa;Rusiya hərbi sektoru ilə əməkdaşlıq edən 45 rus və xarici şirkətə qarşı sanksiyalar.

Bundan əlavə, Aİ 2027-ci ilə qədər Rusiyanın LNG-ni tamamilə qadağan etməyi və Kremlə məhdudiyyətlərdən yan keçməyə kömək edən üçüncü ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sərt məhdudiyyətlər paketi hazırlayır. Sanksiyalar Rusiya iqtisadiyyatının enerji, maliyyə və ticarət kimi sahələrinə təsir edəcək.

Verilən məlumata görə, Rusiyaya qarşı 19-cu məhdudiyyətlər paketinə Aİ-nin Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağasını bir il müddətinə sürətləndirən bənd də əlavə oluna bilər.

Aİ-nin Xarici Siyasət rəhbəri Kaja Kallas məhdudiyyətlərin Çinin Rusiya ilə birgə fəaliyyət göstərən şirkətlərinə də şamil oluna biləcəyini bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью