Fon der Leyen Azərbaycanla bağlı yeni planı açıqladı

16.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirəcək yeni beynəlxalq layihə barədə açıqlama verib.

Turkustan.az xəbər verir ki, layihə Orta Dəhliz nəqliyyat marşrutu çərçivəsində həyata keçiriləcək.

“Bu gün mən qarşılıqlı əlaqələndirmənin inkişafı ilə bağlı yeni beynəlxalq layihə haqqında açıqlama verirəm. Bu layihə Cənubi Qafqazı və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə birləşdirəcək. Söhbət “Orta Dəhliz” adlanan marşrutdan gedir”, - fon der Leyen deyib.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, Aİ “Global Gateway” proqramı vasitəsilə layihənin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb olunacağını gözləyir:

“Məqsədimiz marşrutları şaxələndirmək və yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır”.

Xatırladaq ki, Orta Dəhliz Çinlə Avropa arasında Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan (Cənubi Qafqaz) və Türkiyədən keçən nəqliyyat marşrutudur. Onun inkişafı Asiya ilə Avropa arasında alternativ ticarət yollarının genişləndirilməsi vasitəsi kimi nəzərdən keçirilir./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью