Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ursula fon der Leyen bildirib ki, Ukraynanın Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi alması qitənin təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Merz və Belçikanın baş naziri Bart de Veverlə görüşün yekunlarına dair danışıb.
Fon der Leyen qeyd edib ki, danışıqların əsas mövzusu dondurulmuş Rusiya aktivlərinin Ukraynanın dəstəklənməsi üçün istifadəsi olub.
"Bu məsələ ilə bağlı çox konstruktiv fikir mübadiləsi apardıq.
Belçikanın dondurulmuş rus aktivlərindən istifadəyə dair xüsusi mövqeyi danılmazdır və elə şəkildə həll olunmalıdır ki, bütün Avropa ölkələri eyni risk yükünü daşısın”, deyə o vurğulayıb.
Avrokomissiyanın rəhbəri həmçinin bildirib ki, Rusiya aktivlərinin istifadəsi məsələsi 18 dekabrda keçiriləcək Avropa Şurasının iclasında da müzakirə olunacaq.
4 dekabrda məlum olub ki, Avropa İttifaqı Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planını dəyişib.