Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Özbəkistanın Səmərqənd şəhərində keçirilən Aİ-Mərkəzi Asiya Sammitində çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, Trampın bu addımı qlobal iqtisadiyyatda xaos yaradaraq, milyonlarla insan üçün dəhşətli nəticələr doğuracaq.
"İnflyasiya yüksələcək. Ərzaq, dərman və nəqliyyat qiymətləri artacaq. Təchizat zəncirləri pozulacaq. ABŞ bizi iqtisadi iğtişaşa sürüklədi", - xanım prezident deyib.
Fon de Leyen hazırda Aİ səviyyəsində cavab tədbirləri üzrə müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Amerikada fövqəladə vəziyyət elan olundu
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə ticarətdə qarşılıqlı tariflər irəli sürüb. Qərara əsasən, o, əsas tarif dərəcəsini 10% müəyyənləşdirilib. Eyni zamanda, Çinə 34%, Aİ-yə 20%, Vyetnama 46%, Tayvana 32%, Yaponiyaya 24%, Hindistana isə 26% qarşılıqlı tariflərin tətbiqinin nəzərdə tutulduğunu söyləyib.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "İnflyasiya yüksələcək. Ərzaq, dərman və nəqliyyat qiymətləri artacaq. Təchizat zəncirləri pozulacaq. ABŞ bizi iqtisadi iğtişaşa sürüklədi", - xanım prezident deyib.