Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Arktik bölgənin qlobal təhlükəsizlik üçün artan əhəmiyyəti fonunda Qrenlandiyaya siyasi, iqtisadi və müdafiə dəstəyini əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.
Adalet.az-ın məlumatına görə, bunu Davosda Dünya İqtisadi Forumunda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
"Aİ Arktikanın təhlükəsizliyini strateji prioritet hesab edir, Qrenlandiya və Danimarka Krallığı ilə tam həmrəydir", - o bildirib və əlavə edib ki, Qrenlandiyanın suverenliyi, ərazi bütövlüyü müzakirə mövzusu deyil.
Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Qrenlandiya üçün böyük investisiya paketi hazırlayır.
O, yerli iqtisadiyyatın, infrastrukturun inkişafına və regionun dayanıqlılığının artırılmasına yönələcək.
Təşəbbüsün həyata keçirilməsi Qrenlandiya və Danimarka hakimiyyəti ilə sıx əlaqələndirmədə planlaşdırılır.
Çıxışda hərbi və müdafiə məsələlərinə xüsusi diqqət ayrılıb.