Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək

16.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh danışıqlarında “E5 + Aİ” formatında iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Finlandiya Prezidenti Aleksandr Stubbla söhbətindən sonra “X” sosial şəbəkəsində bildirib.

Məlumata görə, danışıqlarda Aİ qurumları ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa da təmsil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью